Bir kitabın səhifələrini ağır-ağır oxumaq
kimidi həyat
Səhifələri çevirdikcə qarşına çıxacaq
cümlələrin
səni hara aparacağını bilməmək kimidi Yaşamın kənarında,
anlamanın hakim olduğu bir ruh halıyla
oxumaq lazım idi
Çox vaxt hekayənin içində ki,
qəhrəmanın kim olduğunu unutmaq,
yalnız oxumaq, oxumaq… Bir başqasının həyatını kəşf etmək kimidi,
öz iç dünyanı kəşf etmək bəzən
Həzzi böyük idi İllər içində,
Bir başqa gözlə qarşılaşınca səhifələrin
birində,
qorxmamaq əldə deyildi
Bəlkə sənin kimi görə bilmirdi
Bəlkə sən də onun kimi görə bilməyəcəkdin heç bir zaman O zamanlarda çevirərkən səhifələri,
sən səsiz olacaqdın bəzən..
Oxuyarkən səsin çıxmayacaq,
susayarkən görməyəcəkdin bəlkə də
kitabın
kölgə düşmüş səhifələrini Yalnız barmaqların gəzişəcəkdi mənanın
üstündə
Paylaşdığın yalnız anlamaq olacaqdı
səhifələrin içində bəzən Həyatın bilmirəm neçənci dərisində,
bilmirəm neçənci səhifəsindəyəm..
Hər cür duyğunun xırman olduğu
Xoşbəxtliklərin ağ bir buluda yükləndiyi
Gün olub, yağış olduğu
Gün olub şam qanadında günəşə uçduğu Ya da,
Hüznün bir sevimli kimi əlimi tutduğu..