İçimdəki bütün eşqi ayağına sərsəm, yenə də bitməyəcək və doymayacak bir iştah gizlədirsən içində. Şeytanına məğlubdur ağlın, şeytan səndən ağıllı deyə görmürsən. Səni sevmək çox çətindir bilmirsən. Bildiyim bütün dillərdə izah etsəm, anlaya bilməyəcəyin qədər çətindir və sözlərin bütün mənalarını eyni cümlə içində yazsam, çatmır. Davamlı bir hüznləri çıxarır gözlərim, halbuki həmişə bu səfər son olsun deyə üşüyürəm gecə yarısı xülyalarımda, amma qaranlığın gəlişini, aydınlıqda olarkən də görə bilərsən. Bir telefon səsi bölür bəzən gecəni və mən həmişə sənin bir sonrakı gedişinin ssenarisini yazıram içimdə. Necə olacağını düşünürəm, qoşub-düzürəm, bir neçə seriyaya bölürəm. Sonra içimdən bir səs deyir ki: "Boş ver! Onun bəxti səninlə deyilsə, hansı bəxtin dəyişdirə ürəyinlə?" Madam sevdiklərimiz əslində bizik, bəlkə mənim içimdə sənin etdiklərin gizlidir və bu səfər bəlkə sən çəkəcəksən içimdəki bombanın ipini... Səninlə pisləşməkdə qalmaqdır ərdəm, sənə baxmayaraq inana bilməkdir eşqə! Mən sənə baxmayaraq yaşayıram, sənə baxmayaraq sevirəm, hətta sənə baxmayaraq səni sevməyi bacarıram, eşq deyilmi bu da? Bəlkə səndə çəkdiyim ağrılarla tapacağam gerçəyi və ya sən yalnız şeytanın mənə görünən üzüsən, nə bilim? Mən həmişə bir gecə yarısı yuxudan kabuslarla oyanar kimi sevəcəyəm səni. Həmişə ürəyim ağzımda, həmişə bir hücum gözləyərək gecədən və həmişə qanayaraq özümə... Səni sevmək çox çətindir, bilə bilməzsən!

Теги других блогов: sevgi çətinlik hüzün