-Sevmək nə deməkdir?
- Sevmək-parıldamaqdır.
-Fonarlar parıldayır. Onlar sevirlər?
-Sevmək-başqaları üçün parıldamaq deməkdir.
-Ay daim parıldayır. Demək ay sevir?... Günəş parıldayır.. Ancaq onun üçün fərqi yoxdur. O kimisə isidə və kimisə yandıra bilər. O da sevir?...
Sevmək: yalnız canlı insan ürəyini mümkündür. Nə fonar, nə ay nə də ki günəş...
Yalnız ÜRƏK...
-Axı bu gün o döyünür, sabah yox. Bu gün o canlıdır, sabah isə təəssüf hissi ilə doludur. Bu gün yumşaqdır. Sabah isə acı və hirslə örtülüdür. ... Belə çıxır ki, sevmək-yalnız bir anlıq parıldamaqdır hə?
- Sevmək bir tək sevdiyin insan üçün parıldamaq deməkdir!
- Sevdiyin? Insan? Məncə burda yanlış söz dedin. Bu zaman ürəkdə olan işıq itir və bunu yalnız təəssüf hissi əvəz edir. Bu sevgi idi? Incəlik və qayğı nifrət hissi ilə əvəz olundu. Bu sevgi idi? O məni satdı və olan ümid nifrət ilə əvəz olundu. Bu sevgi idi? O işığın sönməsi üçün hər şey etdi! Bu sevgi idi? Budur öldü. İşıq isə xatirələrlə əvəz olundu., sonra isə unutqanlıqla. Bu sevgi idi??? Onda belə nəticəyə gəlmək olar ki: Sevmək çox nadir mövcüd olan anları tuta bilməkdir. Bu zaman bizdə təəssürat yaranmış olur biz kimin üçün parıldaya bilərik hə?
- Niyə uzadırsan söhbəti?? Sevmək- Sevdiyin aid olduğun ürək üçün parıldamaqdır!
-Yalnız daxili mövcüdluğun üçün? Özünü üçün olmayan var olmnayan bir şeyi yaratmaq, hiss edə bilmədiyini duymaq istəmək?... belə çıxır ki, sevmək yalnız illüziya yaratmaq deməkdir...
- Sevgi-bu...Mən bilmirəm sevgi nədir... yalnız onu bilirəm ki, sevgi-işıqdır! Mən sanki cəhənnəmdə idi, dünya mənə mənasız görünürdü.. Sonra sanki ildırım çaxdı, o boz buludları parçaladı... sonra isə inanılmaz işıq gördüm-sevgi... Sanki dünya yeni forma və məna aldı. Mən bilirəm ki, sevgi-mənasız dünya üçün bir işıqdır. Ancaq sevgi nədir?-bilmirəm. De mənə!
Sevgi-hətta sevmədiyin halda belə sevməkdir...
- Bu nə deməkdir?- yalandır axı!
-Səncə arada işıq saçan ildırım yalandır?- Bəli sevmək-bu parıldamaq və işıq saçmaqdır. Lakin ildırım boş yerdən yaranmır. Sevmədiyin halda belə sevmək-bu vəfalılıqdır. Vəfalılıq nə qədər möhkəmdirsə, sevgi də bir o qədər parıldamış olur.
- Deməli, sevmədiyin halda belə sevmək-vəfalılıqdır, sevmək isə yenə də işıq saçmaqdır hə?
-Bəli, ancaq bu dünyada parıldamaq mümkün deyildir. Bunun üçün sevgini deyil, vəfalılığı axtar. Sevgi isə-onun köküdür.
-Bəs hər zaman parıldamağımıza nə mane ola bilər?
-Buludlar. Bizim bədənimiz, ürək-buluddur. Onlar boz rəngdə, vəfalılıqdan məhrum şəkildədirlər. Demək ki, işıq saça bilməzlər.
Mən əbədi sevgi istəyirəm! Mən hər zaman parıldamaq və işıq saçmaq istəyirəm!
-Yalnız töküntülər əbədi olaraq qalır. Ildırım tufan isə keçir.... Vəfalılıq, sanki buludlarda olan bir elektriklənmədir, gündən günə damla-damla toplanır, əgər sevgi vəfalılıq ilə dolarsa, o daha çox işıq saçar. Sonra tufan keçəcək, gözəl gün yaranacaq. Hətta səmada göy qurşağını belə görə biləcəyik... Lakin bu göy qurşağı əbədi deyil ki...
Sevgi kimi... Bəlkə də bu dünyada əbədi olmayan havadan belə tez dəyişən məhz odur... Ona ümid bağlamayın o əbədi deyil....